Digər

Şimali Koreya Rusiyaya 8500 hərbçi göndərir

21 Aug 2026, 19:27 1 baxış
Şimali Koreya Rusiyaya 8500 hərbçi göndərir

Şimali Koreya Rusiyaya təxminən 400 pilotsuz təyyarə operatoru da daxil olmaqla, 8500 əsgərdən ibarət yeni kontingent göndərib.


Axar.az xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəis müavini Vadim Skibitski CNN-ə açıqlamasında deyib.


"Yeni qrupa təxminən 400 pilotsuz təyyarə operatoru daxildir. Onların bir çoxunun artıq əvvəlki missiyaları zamanı qazandığı təcrübə var", - Skibitski bildirib.


Onun sözlərinə görə, Şimali Koreya qoşunları əsasən Kursk bölgəsində yerləşir. Onların arasında təxminən 1000 mühəndis və sapyor var.

Mənbə axar.az

Oxşar Xəbərlər