Digər

Rusiya Krivoy Roqa zərbə endirdi: 6 ölü, 90 yaralı

21 Aug 2026, 19:46 2 baxış
Rusiya Krivoy Roqa zərbə endirdi: 6 ölü, 90 yaralı

19:16


Rusiyanın Silahlı Qüvvələri Ukraynanın Krivoy Roq şəhərindəki ticarət mərkəzinə pilotsuz uçuş aparatları (PUA) ilə zərbə endirib.


Axar.az xəbər verir ki, bu barədə Dnepropetrovsk vilayət hərbi administrasiyasının rəhbəri Aleksandr Qanja məlumat verib.


Qeyd olunub ki, zərbə nəticəsində yanğın baş verib. O əlavə edib ki, ərazidə xilasetmə əməliyyatına başlanılıb.


Onun sözlərinə görə, azı 2 nəfər ölüb, 50 nəfər yaralanıb. Xəsarət alanlar arasında 6 uşaq var.


***


Rusiya ordusunun Ukraynanın Krivoy Roq şəhərində ticarət kompleksinə dron zərbəsi nəticəsində ölənlərin sayı artıb.


Hadisə nəticəsində ölənlərin sayı 6-ya, yaralıların sayı isə 90-a çatıb.

Mənbə axar.az

Oxşar Xəbərlər