Cəmiyyət
Sürücülərin NƏZƏRİNƏ: Bakının üç ünvanında hərəkət məhdudlaşdırılacaq
Bakının üç ünvanında təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə müvəqqəti məhdudiyyət tətbiq ediləcək. Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb. Bildirilib ki, Suraxanı rayonunun Günəşli qəsəbəsində yerləşən Mürsəl Kazımlı küçəsində nəqliyyatın hərəkəti avqustun 21-də saat 19:00-dan, Səbail rayonunun Gülüstan küçəsində, Gülüstan Sarayına gedən yolda, eləcə də Əlibəyov qardaşları küçəsində isə avqustun 22-də saat 09:00-dan müvəqqəti məhdudlaşdırılacaq. Məhdudiyyətlər təmir işləri başa çatanadək qüvvədə olacaq.
Mənbə
oxu.az