Dünya

Avropa ölkəsində uşaqlara PUA-dan istifadənin öyrədilməsinə başlandı

21 Aug 2026, 19:12 1 baxış
Avropa ölkəsində uşaqlara PUA-dan istifadənin öyrədilməsinə başlandı
Latviya Gənclərin Müdafiə Mərkəzi yuxarı sinif şagirdlərinin PUA-ların (Pilotsuz Uçuş Aparatı - dron) idarəetmə prinsiplərini və NATO standartlarını öyrəndikləri 12 yay sessiyası təşkil edib. Oxu.Az-ın xəbərinə görə, bu barədə "RIA Novosti" məlumat verib. Mərkəzdən bildirilib ki, bu sessiyalar "yüksək tələbatla əlaqədar" təşkil olunub. Xüsusilə, 11-ci sessiya 11-20 avqust tarixlərində Kuldiq diyarında baş tutub. 27 uşaq milli müdafiə proqramı üzrə təlim keçib. Avqustun 31-dək daha bir sessiyanın keçirilməsi planlaşdırılıb. Qeyd olunur ki, 10 gün ərzində şagirdlər aeronavtika və meteorologiyanın əsaslarını, hava məkanının təsnifatını öyrəniblər, eləcə də Litva və NATO normativ sənədləri və əsas maskalanma prinsipləri ilə tanış olublar. Uşaqlar, həmçinin "NATO fonetik əlifbası"nı da öyrəniblər ki, bu, Latın əlifbasının hərfləri və rəqəmləri üçün standart kod sözləri sistemidir. Hər bir işarəyə bir söz uyğun gəlir ki, bunu da radioəlaqə ilə asanlıqla başa düşmək mümkündür. Düşərgələr dövlət orta məktəblərinin yuxarı sinif şagirdləri və ya texniki məktəblərin ilk üç kursları üçün nəzərdə tutulub.
Mənbə oxu.az

Oxşar Xəbərlər