Dünya

Komoda velosiped sürmək qadağan edildi - SƏBƏB

21 Aug 2026, 05:36 2 baxış
Komoda velosiped sürmək qadağan edildi - SƏBƏB
İtaliyanın Komo şəhərinin meri Alessandro Rapineze şəhərin mərkəzində velosipedlə hərəkət etməyi qadağan edib. Oxu.Az "The Guardian" nəşrinə istinadən xəbər verir ki, qadağa sentyabr ayından qüvvəyə minəcək. Payızdan etibarən velosipedçilər şəhərin mərkəzindəki 30 küçədə velosipeddən düşərək piyada hərəkət etməli olacaqlar. Yerli sakinlər və siyasətçilər merin bu qərarını şəxsi qisasla əlaqələndirirlər. Belə ki, yaxın vaxtlarda mer elektrikli velosipedin vurması nəticəsində xəsarət alıb. Sakinlər artıq petisiya hazırlayır və etiraz yürüşləri keçirməyə hazırlaşırlar. Rapineze özü də qərarının elektrikli velosipedlə toqquşmadan sonra yaşadığı travmatik təcrübədən qaynaqlandığını etiraf edib. "İnsanlar öz təcrübələrinə əsaslanaraq hərəkət edirlər və mən bu alçaqlardan biri tərəfindən vurulmağın nə demək olduğunu yaxşı bilirəm", - deyə mer bildirib.
Komoda velosiped sürmək qadağan edildi - SƏBƏB
Mənbə oxu.az

Oxşar Xəbərlər