Cəmiyyət
Dilabə Rəsulova: "Çox şadıq ki, uzun illərdən sonra doğma yurdumuza qayıdırıq"
"1989-cu ildə Xankəndini tərk etmişik. Bu gün uzun illərin həsrətindən sonra yurd-yuvamıza geri qayıtdığımız üçün çox sevinirik". Bu sözləri Oxu.Az-a açıqlamasında keçmiş məcburi köçkün, Xankəndi sakini Dilabə Rəsulova deyib. "Valideynlərimlə birgə Xankəndini tərk etmişəm. Onlar rəhmətə gediblər. Oğlum da dünyasını dəyişib. Qızlarım, nəvələrimlə geri qayıdırıq. Qalan ömrümüzü doğma torpağımızda yaşamaq, yaratmaq istəyirik. Bu gün çox sevincliyik. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Ölkə rəhbərliyinə təşəkkür edirik", - D.Rəsulova əlavə edib.
Mənbə
oxu.az
Oxşar Xəbərlər