Dünya

Həkim günə yaxşı başlamağın sadə yolunu açıqladı

21 Aug 2026, 07:00 3 baxış
Həkim günə yaxşı başlamağın sadə yolunu açıqladı
Həkim və neyrobioloq Endryu Huberman günün yaxşı keçməsi üçün oyandıqdan sonra ilk bir saat ərzində bir hərəkəti yerinə yetirməyi tövsiyə edib. Oxu.Az xəbər verir ki, bu barədə "Men's Health" nəşrinin dərc etdiyi materialda qeyd olunub. Endryu Huberman oyandıqdan sonra müəyyən müddət təbii işıq altında qalmağı məsləhət görüb. Həkimin sözlərinə görə, bu, kortizol səviyyəsinin təbii şəkildə yüksəlməsinə kömək edir. Kortizolun səviyyəsi səhər saatlarında pik həddə çatır və orqanizmdə bir sıra prosesləri işə salır. Neyrobioloq əlavə edib ki, səhər saatlarında təbii işığa məruz qalmaq əhvali-ruhiyyənin, diqqətin və ayıqlığın yaxşılaşmasına kömək edir. "Əlbəttə ki, sübh açılmamış oyanırsınızsa, gözləməli olacaqsınız. Belə hallarda 10 000 lüks gücündə süni işıqlandırmadan istifadə etmək faydalı ola bilər. Bu cür cihazları internetdə satışda tapmaq mümkündür. Lakin hər bir halda təbii işıq ən ideal variantdır", - deyə Endryu Huberman qeyd edib.
Mənbə oxu.az

Oxşar Xəbərlər