Cəmiyyət

Xaliqverdi Musayev: "34 ildən sonra Xocalıya qayıtmaqdan qürur və sevinc hissi keçiririk"

21 Aug 2026, 07:01 4 baxış
Xaliqverdi Musayev: "34 ildən sonra Xocalıya qayıtmaqdan qürur və sevinc hissi keçiririk"
"Bu gün bizim xoş günümüzdür. 34 ildən sonra Xocalıya geri qayıtmağın qürurunu və sevincini yaşayırıq". Bu sözləri Oxu.Az-a keçmiş məcburi köçkün, Xocalı sakini Xaliqverdi Musayev deyib. "Xocalını tərk edəndə bir övladım var idi. İndi həyat yoldaşım, övladlarım və nəvələrimlə birgə geri qayıdırq. Bundan sonra əbədi olaraq doğma torpağımızda yaşayacağıq. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Prezidentimizə və birinci xanıma təşəkkür edirik", - keçmiş məcburi köçkün vurğulayıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər