Dünya
Zukerberq həyat yoldaşı ilə birlikdə 30 milyon avroya tarixi qəsr alıb - FOTO
Amerikalı milyarder və "Meta" şirkətinin rəhbəri Mark Zukerberq həyat yoldaşı Priskilla Çan ilə birlikdə İrlandiyanın Uoterford qraflığında yerləşən "Strancally" qotik qəsrini alıb. Oxu.Az "Daily Mail" nəşrinə istinadən xəbər verir ki, qəsrin satışının rəsmi məbləği açıqlanmasa da, tarixi mülkün dəyəri 20-30 milyon avro arasında qiymətləndirilir. Qəsr Blekuter çayının sahilində yerləşir və təxminən 440 akr (178 hektar) torpaq sahəsi ilə əhatə olunub. Üçmərtəbəli bina XIX əsrin birinci yarısında tikilib. Mülkün əvvəlki sahibləri son 20 il ərzində onun genişmiqyaslı bərpası ilə məşğul olublar. Bununla belə, cütlüyün ABŞ-dən köçmək planı yoxdur. Zukerberq "Meta"nın Avropa qərargahının yerləşdiyi ölkəyə səfərləri zamanı qəsrdən istifadə etməyi planlaşdırır.
{{gallery}}
{{gallery}}
Mənbə
oxu.az