Cəmiyyət
Keçmiş məcburi köçkün: "Xocalıda həyatımıza qaldığı yerdən davam etmək istəyirik"
"1992-ci ilin dekbar ayında Xocalını tərk etmişik. 24 ildən sonra ev-eşiyimizə geri qayıdırıq. Bu gün çox sevincliyik. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Cənab Prezidentə və Mehriban xanım Əliyevaya təşəkkür edirik". Bu sözləri Oxu.Az-a açıqlamasında keçmiş məcburi köçkün, Xocalı sakini Əli Mehrəliyev deyib. "Xocalını tərk edəndə yeni ailə həyatı qurmuşdum. Bu gün iki övladım var. Ailəmizlə birlikdə həyatımıza qaldığı yerdən davam etmək istəyirik. Allah bizə bir daha müharibə göstərməsin", - deyə keçmiş məcburi köçkün deyib.
Mənbə
oxu.az
Oxşar Xəbərlər