Dünya

Fransa iki İran diplomatını ÖLKƏDƏN ÇIXARIR

19 Aug 2026, 01:36 3 baxış
Fransa iki İran diplomatını ÖLKƏDƏN ÇIXARIR
Fransa Tehranda iki fransalı diplomatik nümayəndəlik əməkdaşının İran tərəfindən saxlanılmasına cavab olaraq iki iranlı diplomatı yaxın günlərdə ölkədən çıxarmaq niyyətindədir. Oxu.Az xəbər verir ki, bu barədə Fransanın xarici işlər naziri Jan-Noel Barro "Telegram" kanalında məlumat verib. "Mən bildirdim ki, bu qəbuledilməz hərəkətlərin nəticələri olacaq. Yaxın günlərdə iki iranlı diplomat Fransadan çıxarılacaq", - deyə o qeyd edib. Fransanın xarici işlər naziri Jan-Noel Barro daha əvvəl, iyulun 19-da İranda iki fransalı diplomatın saxlanıldığını bildirib. Nazir dəqiqləşdirib ki, saxlanılan şəxslər İranda Fransanın "vətəndaş cəmiyyətinə dəstək" proqramlarının, xüsusilə bəzi iranlı alim və rəssamlarla bağlı proqramların həyata keçirilməsi ilə məşğul olublar. Nazirin sözlərinə görə, onlar bir neçə saat saxlanılaraq dindirilib və onlardan biri ilə kobud rəftar edilib. Diplomatlar azadlığa buraxılıb və qısa müddət sonra Fransaya qayıdıblar. İranın xarici işlər naziri Abbas Əraqçı Barro ilə telefon danışığı zamanı bu diplomatların hərəkətlərini qəbuledilməz adlandırıb və onların fəaliyyətini qeyri-peşəkar kimi qiymətləndirib. O vurğulayıb ki, qəbul edən ölkənin qanunlarına və diplomatiyanın hamılıqla qəbul edilmiş prinsiplərinə riayət edilməsi xarici nümayəndəliklərin fəaliyyətini davam etdirməsi üçün zəruri şərtdir.
Mənbə oxu.az

Oxşar Xəbərlər