Şou biznes
Sindi Kroufordun qızından ŞOK ETİRAF: "Cinlər məni təqib edirdi"
Sindi Krouford və Rendi Gerberin qızı Kayya Gerber uşaqlıqdan cinlər tərəfindən təqib edildiyini düşündüyünü və ruhqovma ayinindən keçdiyini bildirib. Oxu.Az thevoicemag.ru-ya istinadən xəbər verir ki, Kayya Gerber beş il əvvəl qorxu antologiyasının 10-cu mövsümündə və "American Horror Stories" serialının spin-offunda rol alıb. O, çəkilişlər zamanı anasının ona müqəddəs su verdiyini bildirib. "Anam dedi: "İstəmirəm ki, sənin içinə şeytan girsin". Uşaqlıqda isə mənə deyirdilər ki, cinlər tərəfindən təqib olunuram", - deyə Kayya danışıb. O bu hadisələrin bütün həyatı boyu onu təqib etdiyini və "başqa ölçülü varlıqları" özünə cəlb etdiyini söyləyib. Gənc model ruhqovma ayinindən keçdiyini də gizlətməyib. Onun sözlərinə görə, bu təcrübə olduqca qəribə olub. "Bilirsiniz, bunu necə edirdilər? Elə başımın üstündə didjeridu çalırdılar! Ayin belə keçirilirdi", - deyə Kayya bildirib. Didjeridu Avstraliyanın yerli xalqlarının istifadə etdiyi nəfəsli musiqi alətidir. "Bu, həqiqətən baş verib. Mən bu barədə heç vaxt danışmamışdım, amma bu həqiqətdir. İndi isə tamamilə sağalmışam", - deyə ulduzun qızı "The Mitch Churi" şousunda bildirib.
Mənbə
oxu.az