Şou biznes
"Ulduz müharibələri"nin aktyoru vəfat etdi - FOTO
"Ulduz müharibələri" film franşizasının pərəstişkarları arasında tanınan britaniyalı aktyor Nik Cozef 60 yaşında vəfat edib. Oxu.Az "Daily Mail" nəşrinə istinadən xəbər verir ki, bu barədə aktyorun yaxın dostu açıqlama yayıb. Aktyor "Ulduz müharibələri. IV epizod: Yeni ümid" filmində mayor Arhul Hekstrofon rolunu oynayıb. Filmin sonunda o, Lük Skayuolker və Han Solonu mükafatlandırmaq üçün Şahzadə Leyaya medalları təqdim edib. O həmçinin "EastEnders" serialındakı və Ceyms Bond haqqında filmdəki rolları ilə tanınır. Cozef "Ulduz müharibələri"nə həsr olunan pərəstişkar tədbirlərinin daimi iştirakçısı olub. Bildirilir ki, o, 2027-ci ildə film franşizasının 50 illiyinin qeyd olunacağı tədbirə də qatılmağı planlaşdırırdı.
Mənbə
oxu.az