Şou biznes

Selena Qomes və anası məhkəməyə verildi

15 Aug 2026, 01:48 2 baxış
Selena Qomes və anası məhkəməyə verildi
Psixi sağlamlıq sahəsində fəaliyyət göstərən "Wondermind" şirkətinin real maliyyə və əməliyyat vəziyyətini gizlədərək sərmayədarları yanıltdıqları iddiası ilə Selena Qomes və onun anası Mendi Tifiyə qarşı məhkəmə iddiası qaldırılıb. Oxu.Az xəbər verir ki, bu barədə "Page Six" Delaver ştatının Federal Məhkəməsinə təqdim edilən iddia ərizəsinə istinadən məlumat yayıb. İddia ərizəsi "Wondermind SRS 44 LLC" və "Bespoke Wondermind LLC" tərəfindən "Wondermind Global" şirkətinə, Selena Qomesə, Mendi Tifiyə, həmçinin onların sabiq biznes tərəfdaşı Daniella Pirsona qarşı təqdim edilib. İddiaçılar bildiriblər ki, 2022-ci ilin sentyabrında gəlir gətirən bir platformanın fəaliyyətə başlayacağına ümid edərək layihəyə 1.2 milyon dollar sərmayə yatırıblar. Onların sözlərinə görə, cavabdehlər "Wondermind"ın bunun üçün lazımi infrastruktura, idarəetməyə və resurslara malik olduğunu, fəaliyyətə başladıqdan sonra isə psixi sağlamlıq və rifah sahəsində "bənzərsiz bir platforma"ya çevriləcəyini vəd ediblər. Məhkəmə sənədində iddia olunur ki, Qomes marketinq rəhbəri kimi şirkətin fəal şəkildə tanıdılması ilə bağlı üzərinə düşən vəzifələri yerinə yetirməyib. Sənəddə, həmçinin tərəfdaşlıq layihələrinin həyata keçirilmədiyi, "Wondermind" tətbiqinin ümumiyyətlə istifadəyə verilmədiyi və şirkətin üç il ərzində ciddi maliyyə və əməliyyat çətinlikləri ilə üzləşdiyi qeyd olunur. İddiaçıların bildirdiyinə görə, bütün bu problemlər sərmayədarlardan gizlədilib. Sərmayədarlar "Wondermind"ın problemlərindən 2025-ci ilin sentyabrında "The Cut" nəşrində yayımlanan məqalədən sonra xəbər tutduqlarını bildiriblər. Həmin materialda Mendi Tifinin narkotik asılılığı ilə bağlı problemlərindən də bəhs olunub və bunun onun şirkəti idarə etməsinə mane olduğu iddia edilib.
Mənbə oxu.az

Oxşar Xəbərlər