Şou biznes
Məşhur müğənni Robbi Uilyamsda xəstəlik aşkarlandı: "Həbsxanaya düşməmək üçün şansdır"
Britaniyalı məşhur müğənni Robbi Uilyams gözlənilməz açıqlama verib. 52 yaşlı sənətçi ona autizm diaqnozunun qoyulduğunu bildirib. Oxu.Az-ın xəbərinə görə, bu barədə NME nəşri məlumat verib. Onun sözlərinə görə, bu diaqnoz ona indi bir növ rahatlıq gətirib və öz davranışını daha yaxşı başa düşməyə imkan verib. "İndi bu, mənim həbsdən yan keçmək üçün şansımdır", - deyə Robbi Uilyams ironiyalı şəkildə bildirib və qeyd edib ki, diaqnozdan özünün qəribə və ya ekssentrik davranışlarına haqq qazandırmaq üçün istifadə edir. Sənətçi etiraf edib ki, illərdir obsessiv düşüncələrlə mübarizə aparır və əvvəllər bunu "daxili Turetta sindromu" və artıq ona məlum olan diqqət çatışmazlığı və hiperaktivlik sindromu ilə əlaqələndirirdi. O, nümunə kimi təyyarədə baş verən hadisəni göstərib, o zaman sənətçini qorxu bürüyüb ki, obsessiv düşüncələr təyyarə qəzasına səbəb ola bilər. Panikanın öhdəsindən gəlmək üçün Robbi Uilyams aktiv şəkildə beynini məşq etdirir, enerjisini yaradıcılığa və qeyri-adi obrazların yaradılmasına yönəldir. Uğurlarına baxmayaraq, musiqiçi üçün qastrol səfərləri asan başa gəlmir. O, dürüstcə etiraf edir ki, canlı çıxışlardan əvvəl dəhşətli qorxu hissi keçirir, lakin məcburən özünəinamlı ifaçı kimi "maskalanır".
Mənbə
oxu.az