Digər

Rus ordusu 30 ildir olmayan kəndi işğal edib

12 Aug 2026, 14:16 2 baxış
Rus ordusu 30 ildir olmayan kəndi işğal edib

Rusiya ordusu Ukraynada artıq 30 ildir mövcud olmayan kəndi işğal edib.


Axar.az xəbər verir ki, bu barədə ASTRA Teleqram kanalı məlumat yayıb.


Məlumata görə, dünən Rusiya Müdafiə Nazirliyi Xarkov vilayətinin Şerbakovka yaşayış məntəqəsinin işğal edilməsi ilə bağlı məlumat yayıb.


Kanal bildirib ki, sözügedən kənd ötən əsrin 90-cı illərindən tamamilə boşalıb və 1997-ci ildə Ukrayna hökuməti tərəfindən ləğv edilib.


Bundan başqa, Ukraynanın “DeepState” monitorinq layihəsi həmin ərazidə Rusiya ordusunun irəliləməsini qeydə almayıb.

Mənbə axar.az

Oxşar Xəbərlər