Dünya

ABŞ "Qızıl qübbə"nin sınaqlarını uğurla başa çatdırdı: Növbəti hədəf nədir?

12 Aug 2026, 15:00 2 baxış
ABŞ "Qızıl qübbə"nin sınaqlarını uğurla başa çatdırdı: Növbəti hədəf nədir?
ABŞ-nin "Qızıl qübbə" raketdən müdafiə sisteminin (RMS) hazırlanmasında iştirak edən bir neçə podratçı şirkət ilk sınaqları yekunlaşdırıb. Oxu.Az xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi ABŞ Kosmik Qüvvələrinin generalı Maykl Getleynə istinadən məlumat yayıb. Generalın sözlərinə görə, "SpaceX" və "Northrop Grumman" da daxil olmaqla, bir neçə şirkət "Qızıl qübbə" sistemi üzrə özlərinin ilk əsas testlərini uğurla həyata keçiriblər. Agentliyin məlumatına əsasən, podratçılar üçün sınaq proqramı çərçivəsində məlumatların sensorlardan ələkeçiriciyə ötürülməsinin yoxlanılması, eyni zamanda güc qurğularının nümayişi yer alıb. İlkin test seriyası başa çatdıqdan sonra şirkətlər sınaqların növbəti mərhələsinə keçməlidirlər. Bu faza isə hazırlanmış texnologiyaların kosmik fəzada fəaliyyət imkanlarının nümayiş etdirilməsinə yönələcək.
Mənbə oxu.az

Oxşar Xəbərlər