Siyasət
Dünya əhəmiyyətli tarixi abidənin bərpası ilə bağlı işlər görülür - VİDEO
Ötən gün Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Naxçıvana səfərləri çərçivəsində Möminə Xatun türbəsində aparılan bərpa və konservasiya işləri ilə tanış olublar. Baku TV-nin Naxçıvanda olan əməkdaşı bildirilib ki, bərpa işləri Prezident İlham Əliyevin 2023-cü ildə imzaladığı "2023-2027-ci illərdə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı" çərçivəsində həyata keçirilir. Yerli və xarici ekspertlərin 2023-2025-ci illərdə apardıqları baxış və tədqiqatlar nəticəsində türbədə bərpa və konservasiya işlərinin aparılması zəruri hesab edilib.
Bununla əlaqədar Prezident İlham Əliyev 2025-ci ildə dünya əhəmiyyətli tarixi-memarlıq abidəsi olan Möminə Xatun türbəsinin bərpası və konservasiyası ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. Qeyd edilib ki, 1186-cı ildə memar Əcəmi Naxçıvani tərəfindən inşa edilən Möminə Xatun türbəsi vaxtilə böyük memarlıq kompleksinin tərkib hissəsi olub. Tarixi kompleksdən dövrümüzədək yalnız bu abidə qorunub saxlanılıb. Vurğulanıb ki, hazırda türbənin bərpası, dam örtüyünün yenidən qurulması, abidədəki mövcud əyilmənin ölçülməsi və nəzarətdə saxlanılması, həmçinin drenaj sisteminin yaradılması istiqamətində işlər görülür. Əlavə edilib ki, Möminə Xatun türbəsi 2001-ci ildə dünya əhəmiyyətli memarlıq abidəsi kimi dövlət mühafizəsinə götürülüb. Abidə 1998-ci ildə UNESCO-nun Dünya İrsinin İlkin Siyahısına daxil edilib.

Mənbə
oxu.az
Oxşar Xəbərlər