Digər
Yaponiyanı təhdid etmirik, iddiamız da yoxdur - Putin
Yaponiya Ukrayna münaqişəsinin səbəblərini araşdırmadan Rusiyaya qarşı səbəbsiz sanksiyalar tətbiq etdi.
Axar.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib.
“Rusiya Yaponiyanı təhdid etmir və Moskvanın Tokioya qarşı heç bir iddiası yoxdur. Əksinə, Yaponiyanın Kuril adaları ilə bağlı Rusiyaya qarşı iddiaları var, baxmayaraq ki, onlar II Dünya müharibəsindən sonra beynəlxalq sənədlərdə Rusiya ərazisi kimi tanınır”, - Putin bildirib.
Mənbə
axar.az