Dünya

"Onlara hər şey olar?" - İranda hicabsız qadınların görüntüləri yayıldı - VİDEO

12 Aug 2026, 14:28 2 baxış
"Onlara hər şey olar?" - İranda hicabsız qadınların görüntüləri yayıldı - VİDEO
İranda bir qrup gənc qadının məcburi hicab olmadan Tehran küçələrində əyləndiyini əks etdirən görüntülər sosial mediada gündəmə gəlib. Bu barədə "Azad İran" "Telegram" kanalı xəbər verir.

Paylaşılan görüntülərdə qadınların əvvəlcə motosikletlə şəhərdə gəzintiyə çıxdığı, daha sonra isə müxtəlif restoranlara getdiyi kadrlar əks olunub. Görüntülər sosial şəbəkələrdə geniş müzakirə olunub. Bəzi istifadəçilər qadınların imkanlı ailələrin övladları olduqlarını və məhz buna görə hicabsız gəzmək, eləcə də istədiklərini etmək imkanları olduğunu bildirərək onları tənqid atəşinə tutublar.
Mənbə oxu.az

Oxşar Xəbərlər