Dünya
Putin Rusiya ticarət gəmilərinin ələ keçirilməsinə adekvat cavab verəcəyini bildirdi - VİDEO
Qərb ölkələri Rusiyaya məxsus ticarət gəmilərini müsadirə edəcəyi təqdirdə, rəsmi Moskva buna adekvat şəkildə cavab verəcək. Oxu.Az-ın TASS-a istinadən verdiyi məlumata görə, bu sözləri Rusiya dövlət başçısı Vladimir Putin Sakit Okean Donanmasına məxsus "Varyaq" qvardiya raket kreyserində hərbi qulluqçularla görüşündə deyib.
V.Putin xəbərdarlıq edərək bildirib: "Avropa İttifaqı tərəfindən Rusiya gəmilərinin müsadirə edilməsi və mənimsənilmiş əmlakın satılması ilə bağlı qərar icra olunarsa, biz də analoji tədbirlər görmək məcburiyyətindəyik". Rusiya lideri qeyd edib ki, belə cavab addımları yalnız Rusiya gəmilərinə qarşı təhdidlərin olduğu bölgələrdə yox, Moskvanın münasib bildiyi istənilən məkanda, həmçinin Sakit Okean Donanmasının fəaliyyət ərazisində reallaşdırıla bilər. Prezident Qərb ölkələrinin Rusiyaya aid ticarət gəmilərini müsadirə etmək cəhdlərini "soyğunçuluq və dəniz quldurluğu" adlandırıb. "Avropa İttifaqının son dövrlərdə qəbul etdiyi qərarlara diqqət çəkmək istəyirəm. Müşahidə edirik ki, bir sıra dövlətlərin rəhbərlikləri beynəlxalq dəniz hüququ normalarını pozaraq bizim sülhməramlı iqtisadi operatorlarımızın gəmilərinin hərəkətini məhdudlaşdırmağa cəhd göstərirlər. İndi isə gəmilərimizi ələ keçirmək və əlimizdən alınan mülkiyyəti satmaq barədə düşünürlər", - deyə Putin narazılığını ifadə edib. Rusiya rəhbəri bu cür hərəkətlərin tamamilə soyğunçuluq və quldurluq xarakteri daşıdığını xüsusi qeyd edib.

Mənbə
oxu.az
Oxşar Xəbərlər