Cəmiyyət

"Laçın" yazısının hazırlanması üçün yarım milyon manat xərclənə bilər

12 Aug 2026, 14:52 2 baxış
"Laçın" yazısının hazırlanması üçün yarım milyon manat xərclənə bilər
"Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti" publik hüquqi şəxsi (PHŞ) Laçın şəhərində "Laçın" yazısının tikintisi ilə bağlı açıq tender elan edib. Oxu.Az-ın əldə etdiyi məlumata görə, tenderin ehtimal olunan qiyməti 489 min 667.98 manat təşkil edir. İşlərə ekskavator bazasında hidroçəkiclə 6-cı qrup qayalıq qruntların yumşaldılması, sındırıcı çəkiclərlə 6-cı qrup qayalıq qruntların qazılması, çalovunun tutumu 0.5 m³ olan ekskavatorlarla qruntun özüboşaldan avtomobillərə yüklənməsi, 17 tonluq yükün 5 kilometr məsafəyə daşınması və 5-6-cı qrup qruntun töküntü yerində işlərin yerinə yetirilməsi daxildir.
Mənbə oxu.az

Oxşar Xəbərlər