Digər

Dağıstanda elektrik kəsintisi: 5 mindən çox sakin işıqsız qaldı

12 Aug 2026, 01:58 3 baxış
Dağıstanda elektrik kəsintisi: 5 mindən çox sakin işıqsız qaldı

Dağıstanın Çaradinski, Kaytağski və Daxadayevski rayonlarında təcili elektrik kəsintiləri baş verib.


Axar.az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin respublika üzrə Baş İdarəsi məlumat yayıb.


Qeyd olunub ki, hadisə nəticəsində üç bələdiyyə rayonunu əhatə edən 20 kənddə 5,6 min insan və 18 sosial əhəmiyyətli obyekt işıqsız qalıb.


Məlumata görə, avqustun 12-si Moskva vaxtı ilə saat 08:00-da qəzanın aradan qaldırılması və təcili təmir işlərinin aparılması üçün üç briqada səfərbər olunacaq.

Mənbə axar.az

Oxşar Xəbərlər