Cəmiyyət

Bakının bəzi rayonlarında QAZ OLMAYACAQ

12 Aug 2026, 03:00 2 baxış
Bakının bəzi rayonlarında QAZ OLMAYACAQ
Bu gün Bakının Səbail və Xəzər rayonlarının bəzi ərazilərində qaz təchizatında müvəqqəti fasilə yaranacaq. Oxu.Az xəbər verir ki, bu barədə "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb. Bildirilib ki, saat 09:00-dan işlər başa çatanadək Səbail rayonunun M.Hüseyn, Nizami, Mərdanov qardaşları, Azadlıq, B.Sərdarov və M.Rostropoviç küçələrinin, Xəzər rayonunun Binə və Qala qəsəbələrinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq.
Mənbə oxu.az

Oxşar Xəbərlər