Dünya

Hamam süngərini nə qədər vaxtdan bir dəyişmək lazımdır? - Həkimdən məsləhət

12 Aug 2026, 02:00 2 baxış
Hamam süngərini nə qədər vaxtdan bir dəyişmək lazımdır? - Həkimdən məsləhət
Müəyyən şərtlərdə hamam süngəri mikrobların çoxalması üçün əlverişli mühitə çevrilə bilər. Oxu.Az xəbər verir ki, bu barədə rusiyalı onkoloq Vladimir İvaşkov öz "Telegram" kanalında paylaşım edib. Həkim hamam süngərinin 1-2 aydan bir dəyişdirilməsini tövsiyə edib. Vladimir İvaşkov əlavə edib ki, duşdan sonra hamam süngəri yaxşıca qurudulmalıdır. Çünki isti və nəm mühitdə "Pseudomonas aeruginosa" da daxil olmaqla, bəzi patogenlər sürətlə çoxala bilər. Bundan əlavə, həkim su prosedurlarından sonra dəsmallardan düzgün istifadə etməyi də məsləhət görüb. Onun sözlərinə görə, dəsmallar yaxşı qurudulmadıqda onların üzərində bağırsaq bakteriyaları da daxil olmaqla, müxtəlif mikroorqanizmlər çoxala bilər. "Məsələ onların nə qədər tez-tez yuyulmasında deyil, qurudulmasındadır. Dəsmalı elə asın ki, tamamilə qurusun", - deyə Vladimir İvaşkov qeyd edib.
Mənbə oxu.az

Oxşar Xəbərlər