Digər
Əfqanıstanda gərginlik pik həddə: Talibanla atışma...
Naməlum silahlı şəxslərdən ibarət qrup Əfqanıstanın şimal-şərqində yerləşən Bədəxşan vilayətinin qubernatorunun iqamətgahının nəzarət-buraxılış məntəqəsini raketlərlə atəşə tutub.
Axar.az xəbər verir ki, bu barədə Müasir Əfqanıstanın Öyrənilməsi Mərkəzinin eksperti Sergey Seranko yerli mənbələrə istinadən məlumat verib.
Bildirilir ki, raket atəşindən sonra hücum edənlərlə Taliban arasında atışma başlayıb. Hadisənin nəticələri və ölən-yaralananlar barədə hələlik məlumat yoxdur.
Kabildə NDP tərəfdarları Talibana qarşı silahlı mübarizəyə başladıqlarını elan ediblər.
Mənbə
axar.az