Dünya

Fransada meduza axını: Atom elektrik stansiyasının üç reaktoru işini dayandırdı - FOTO

12 Aug 2026, 02:32 2 baxış
Fransada meduza axını: Atom elektrik stansiyasının üç reaktoru işini dayandırdı - FOTO
Fransanın Qravelin Atom Elektrik Stansiyasında (AES) üç reaktor meduzaların kütləvi axını səbəbindən dayandırılıb. Oxu.Az xəbər verir ki, bu barədə "Reuters" agentliyi stansiyanın operatoru EDF şirkətinə istinadən məlumat yayıb. Bildirilib ki, 2, 3 və 4 saylı reaktorların fəaliyyəti meduzaların kütləvi axını səbəbindən dayandırılıb. 1-ci reaktorun gücü isə profilaktik tədbir olaraq 50 faiz azaldılıb. 5-ci reaktor artıq texniki xidmət məqsədilə dayandırılıb, 6-cı reaktor isə tam gücü ilə fəaliyyətini davam etdirir. EDF mühəndisinin agentliyə verdiyi məlumata görə, suqəbuledici kanallara və torlara tıxanmaları operativ şəkildə aşkar etmək üçün stasionar kameralar quraşdırılıb. "Yeni meduzalar gəlmir. Buna görə də təmizləmə işləri artıq başa çatmaq üzrədir və bu, qurğuların tezliklə yenidən işə salınmasına imkan verməlidir", - deyə EDF-dən bildirilib. Fransanın şimalında yerləşən elektrik stansiyası ölkənin ən böyük atom elektrik stansiyalarından biridir. Onun soyutma sistemi Şimal dənizi ilə birləşən kanal vasitəsilə təmin edilir. Stansiyanın altı enerji blokunun hər biri 900 meqavat, ümumilikdə isə 5,4 giqavat elektrik enerjisi istehsal etmək gücünə malikdir.
{{gallery}}
Fransada meduza axını: Atom elektrik stansiyasının üç reaktoru işini dayandırdı - FOTO Fransada meduza axını: Atom elektrik stansiyasının üç reaktoru işini dayandırdı - FOTO
Mənbə oxu.az

Oxşar Xəbərlər