Digər

Rumıniya Qara dənizdə iki PUA-nı vurdu

12 Aug 2026, 01:16 2 baxış
Rumıniya Qara dənizdə iki PUA-nı vurdu

Rumıniya hərbçiləri ölkənin müstəsna iqtisadi zonasında, Konstansadan təxminən 90 dəniz mili məsafədə iki pilotsuz uçuş aparatını məhv ediblər. PUA-lar “Neptun Deep” dəniz qaz layihəsinin yaxınlığında olub.


Axar.az xəbər verir ki, bu barədə ölkə mediası məlumat yayıb.


Məlumata görə, PUA-ları platformanın yaxınlığında işləyən gəmi heyəti aşkarlayıb. Əraziyə göyərtəsində hərbçilərin olduğu Sahil Mühafizəsi gəmisi göndərilib.


Rumıniyanın müdafiə naziri vəzifəsini icra edən Radu Mirutsa bildirib ki, gəmiçilik və platformadakı işlərin təhlükəsizliyini təmin etmək məqsədilə dronlar idarə olunan partlayışla məhv edilib.


Qeyd olunub ki, vurulan PUA-lar Ukraynaya məxsus olmayıb.

Mənbə axar.az

Oxşar Xəbərlər