Cəmiyyət

Bu gün üç rayonda işıq olmayacaq

12 Aug 2026, 01:47 2 baxış
Bu gün üç rayonda işıq olmayacaq

Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması, artan yük tələbatının qarşılanması məqsədilə bu gün bir sıra rayonlarda 10 kV-luq hava elektrik verilişi xətlərində təmir işləri aparılacaq.


Bu barədə Axar.az-a "Azərişıq" ASC-dən bildirilib.


Ağdaş Elektrik Şəbəkəsi (EŞ) ərazisində saat 10:00-dan 13:00-dək şəhərin Cəfər Cabbarlı, Molla Pənah Vaqif, Su-18, Muxtar Əfəndizadə, İmadəddin Nəsimi küçələrinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq olunacaq.


Göyçay EŞ-yə daxil olan şəhər ərazisində saat 10:00-dan 15:00-dək Məhəmməd Əmin Rəsulzadə, Məhəmmədhüseyn Şəhriyar və Nizami Gəncəvi küçələrinin bəzi yerlərində enerjinin verilişində fasilə yaranacaq.


Planlı fasilə saat 10:00-dan 14:00-dək Tərtərin Sarıcalı və Gülabadlı kəndlərini əhatə edəcək.


İşlər yekunlaşdıqdan sonra adıçəkilən ərazilərdə abonentlər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunacaqlar.

Mənbə axar.az

Oxşar Xəbərlər