Şou biznes
Alek Bolduinin həyat yoldaşından ETİRAF: "İki pozuntudan əziyyət çəkir"
Hollivud aktyoru Alek Bolduinin 42 yaşlı həyat yoldaşı, yoqa təlimçisi və yeddi uşaq anası Hilaria psixi pozuntulardan əziyyət çəkdiyini açıqlayıb. Oxu.Az xəbər verir ki, bu barədə o, "Instagram" səhifəsində paylaşım edib. Bolduinin sözlərinə görə, onda diqqət çatışmazlığı və hiperaktivlik sindromu (DÇHS), həmçinin yazılı nitqlə bağlı çətinliklərə səbəb olan disleksiya var. Qadın səhifəsində yazılan mənfi şərhlə bağlı başına gələn əyləncəli hadisədən də danışıb. Bolduin bildirib ki, izləyicilərindən biri onu "boş" ("vacuous") adlandırıb. Lakin disleksiya səbəbindən o, əvvəlcə bu sözü "həyatsevər" ("vivacious") kimi başa düşüb və kompliment hesab edib. Hilaria zarafatla bildirib ki, təhqir edildiyini anlamaq üçün ona lüğət lazım olur. "Bir şərhə görə inciməzdən əvvəl sözü "Google"da axtarmalıyam. Hər halda, disleksiyam və DÇHS bu sözü onsuz da "həyatsevər" kimi oxuyacaq", - deyə o bildirib. Qeyd edək ki, daha əvvəl Alek Bolduinin həyat yoldaşı böyük oğlunun fotosunu da nümayiş etdirib. "Atasının eynisidir", - deyə o qeyd edib.
Mənbə
oxu.az