Şou biznes

Amerikalı aktyor və keçmiş siyasətçi Ben Cons vəfat edib

10 Aug 2026, 08:52 2 baxış
Amerikalı aktyor və keçmiş siyasətçi Ben Cons vəfat edib
"Hazzard hersoqları" serialındakı rolu ilə yadda qalan amerikalı aktyor Ben Cons 86 yaşında vəfat edib. Oxu.Az xəbər verir ki, bu barədə sənətçinin həyat yoldaşı Alma Viator özünün "Facebook" hesabında paylaşım edib. O, kədərini bu sözlərlə ifadə edib: "Bu gün mən həyatımın sevgisini itirdim. Ben keçirdiyi kəskin infarkt səbəbindən dünyasını dəyişdi". Aktyor əsas populyarlığını "Hazzard hersoqları" ekran işində canlandırdığı mexanik Kuter Devenport obrazı sayəsində qazanıb. O, həmçinin "Dünya necə fırlanır", "Samoqonçular" və "Paralel aləmlər" kimi layihələrdə də çəkilib. Cons 1988-ci ildən 1994-cü ilə qədər ABŞ-nin Nümayəndələr Palatasında fəaliyyət göstərib.
Mənbə oxu.az

Oxşar Xəbərlər