Şou biznes

Hüseyn Həsənov barəsində həbs qərarı verildi

04 Aug 2026, 14:48 5 baxış
Hüseyn Həsənov barəsində həbs qərarı verildi
Moskvanın Presnenski məhkəməsi tanınmış bloqer Hüseyn Həsənov barəsində qiyabi qərar qəbul edib. Maliyyə vəsaitlərinin qanuniləşdirilməsi (yuyulması) ilə bağlı cinayət işinə görə ona 4 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin olunub. Oxu.Az bu barədə ura.ru saytına istinadən xəbər verir. Azadlıqdan məhrum edilməkdən başqa, məhkəmə H.Həsənovu 1 milyon rubl cərimələyib və ona iki il ərzində internetdə hər hansı kontent yerləşdirməyə qadağa qoyub. Həmçinin, bloqerə məxsus olan və dəyəri 46 milyon rubl həcmində qiymətləndirilən "Moskva-Siti"dəki mənzil müsadirə edilib. İstintaq materiallarına əsasən, Hüseyn Həsənov fərdi sahibkar statusunda olarkən 170 milyon rubldan artıq vergi ödənişlərindən yayınmaqda təqsirləndirilir.
Mənbə oxu.az

Oxşar Xəbərlər