Cəmiyyət

ATƏT məkanında qeyri-sabit vəziyyət hökm sürür...

04 Aug 2026, 13:43 22 baxış
ATƏT məkanında qeyri-sabit vəziyyət hökm sürür...

Hazırda ATƏT məkanında qeyri-sabit vəziyyət hökm sürür.


Axar.az Report-a istinadla xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İsveçrə Konfederasiyasının federal xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri İqnasio Kassis ilə Bakıda keçirilən brifinqdə çıxışı zamanı deyib.


Onun sözlərinə görə, bu halda həm ATƏT-in, həm də üzvlərinin fəal əməkdaşlığı əsas şərtlərdəndir:


"Azərbaycan dövləti olaraq öz tərəfimizdən bütün bu prinsiplərə sadiqliyimizi ifadə edirik".


C.Bayramov həmçinin əlavə edib ki, İsveçrənin ATƏT sədrliyinin prioritetləri zəngindir:


"Enerji və rəqəmsal təhlükəsizlik bu prioritetlərdəndir. Hesab edirik ki, bütün bunlar insanların həyat rifahının yaxşılaşdırılması üçün önəmlidir və buna dəstəyimizi ifadə edirik".

Mənbə axar.az

Oxşar Xəbərlər