Cəmiyyət
Bilgəhdə boğularaq ölən 21 yaşlı gənc tələbə imiş
Bilgəh qəsəbəsində dənizdə boğularaq həyatını itirən 21 yaşlı gəncin Bakı Mühəndislik Universitetinin tələbəsi olduğu üzə çıxıb. Oxu.Az xəbər verir ki, avqustun 2-də baş vermiş faciə nəticəsində həyatını itirən Niyaz Pirməmmədov Mühəndislik fakültəsinin "Elektrik və elektronika mühəndisliyi" ixtisasının II kurs tələbəsi olub. Niyaz Pirməmmədovun cəsədi dalğıclar tərəfindən tapılaraq, ailəsinə təhvil verilib.
Mənbə
oxu.az