Cəmiyyət
ATƏT-in sədri Azərbaycana gəldi - Foto
İsveçrənin Federal Şurasının üzvü və Federal Xarici İşlər Departamentinin rəhbəri İqnasio Kassis Azərbaycanda səfərdədir.
Axar.az xəbər verir ki, bu barədə o, X hesabında paylaşım edib.
“Azərbaycana ilk rəsmi səfərimi həyata keçirməkdən məmnunam. İsveçrə Azərbaycanla tərəfdaşlığı yüksək qiymətləndirir”, - deyə İqnasio Kassis yazıb.
O, ATƏT-in fəaliyyətdə olan sədri kimi Cənubi Qafqazda dialoq, sülh, sabitlik və rifahı irəli aparmaqla yanaşı, ticarət, innovasiya və iqtisadi əlaqələr sahəsində əməkdaşlığı dərinləşdirməyi hədəflədiyini vurğulayıb:
“Bu səfər daha geniş regional təmasların başlanğıcı olacaq”.
Mənbə
axar.az