Cəmiyyət

Əmisi ilə dənizdə batan yeniyətmənin meyiti tapıldı

04 Aug 2026, 09:47 21 baxış
Əmisi ilə dənizdə batan yeniyətmənin meyiti tapıldı

Bakıda dənizdə batan Salyan rayonunun Yenkənd kənd sakini 2011-ci il təvəllüdlü Həsən Əlihəsənovun meyiti tapılaraq aidiyyarı üzrə təhvil verilib.


Axar.az APA-ya istinadla xəbər verir ki, hadisə Ələt qəsəbəsi ərazisində qeydə alınıb.


Qeyd edək ki, Salyan rayonunun Yenikənd kənd sakinləri – 35 yaşlı Ariz Əlihəsənov və qardaşı oğlu, 2011-ci il təvəllüdlü Həsən Əlihəsənov dənizdə çimərkən boğulublar. Ariz Əlihəsənovun meyiti ötən gün sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Mənbə axar.az

Oxşar Xəbərlər