Cəmiyyət
Qarpızı çörəklə yeyənlərə XƏBƏRDARLIQ - Həkim təhlükədən danışdı
Qarpız və çörəyin məşhur qastronomik birləşməsi sağlamlıq üçün ciddi risklər yarada bilər. Mütəxəssislərin sözlərinə görə, bu trend yüksək miqdarda fruktoza ilə ağır karbohidratları birləşdirdiyi üçün orqanizmə mənfi təsir göstərir. Oxu.Az xəbər verir ki, bu barədə rusiyalı tibb elmləri namizədi, həkim-diyetoloq Darya Rusakova "Abzats" nəşrinə müsahibəsində danışıb. Həkimin sözlərinə görə, əsas təhlükə bu qəlyanaltının yüksək qlisemik indeksə malik olması səbəbindən qanda şəkərin səviyyəsinin kəskin artmasıdır. Bundan əlavə, lif və sadə karbohidratların çoxluğu qarında köp, qazın yaranması və bağırsaqlarda fermentasiya proseslərinin güclənməsinə səbəb ola bilər. Bu qida birləşməsi eyni zamanda mədəaltı vəzə də əlavə yük yaradır. D.Rusakova bildirib ki, şəkərli diabet, insulinə rezistentlik (insulin müqaviməti), mədə-bağırsaq sistemi xəstəlikləri, böyrək və ürək-damar problemləri olan şəxslərə qarpızla çörəyi birlikdə qəbul etmək tövsiyə edilmir. Həkim həmçinin son dövrlərdə populyarlaşan başqa bir qida trendi - soya sousunda marinad edilmiş qarpız barədə də xəbərdarlıq edib. Onun sözlərinə görə, soya sousunun tərkibində natriumun yüksək olması orqanizmdə mayenin yığılmasına səbəb olur. Bu isə xüsusilə hipertoniyadan və ödemdən əziyyət çəkən insanlar üçün təhlükə yarada bilər.
Mənbə
oxu.az