Şou biznes
Rəqsanə həbsxana xatirəsini danışdı: "Hər gün yanıma dörd sərçə gəlirdi" - VİDEO
Baku TV-nin "Qapqara" verilişinin yeni buraxılışının qonağı müğənni Rəqsanə İsmayılova olub. Sənətçi verilişdə həbsdə keçirdiyi günlərdən danışıb.
"Həbsdə olduğum ikinci gün pəncərəmin önünə dörd sərçə gəldi. Mənim də dörd övladım var. O an çörəyi doğrayıb pəncərənin önünə qoydum. Yanımdakı qadınlar dedilər ki, bura sərçələr adətən dəstə ilə gəlir. Amma həmin dörd sərçə mən oradan çıxana qədər hər gün eyni saatda gəlməyə davam etdi. Hiss edirdim ki, balalarımı görə bilmədiyim üçün Allah onları mənə təsəlli kimi göndərib", - deyə Rəqsanə bildirib. Müğənni səhnəyə ilk dəfə çıxdığı gündən sonra daxilən tamamilə dəyişdiyini də etiraf edib. "Səhnəyə çıxdığım gün əvvəlki Rəqsanə öldü, yenisi doğuldu. Amma mən həmin qızı daha çox sevirdim. O, tamam başqa idi. İndiki Rəqsanə isə həyatın zərbələrindən bərkiyib, daşlaşıb", - deyə sənətçi qeyd edib.

Mənbə
oxu.az