Şou biznes

"Queen"in məşhur mahnısı bir milyard dinləmə həddini keçdi

31 Jul 2026, 03:36 3 baxış
"Queen"in məşhur mahnısı bir milyard dinləmə həddini keçdi
"Queen" qrupunun məşhur "Don't Stop Me Now" mahnısı "YouTube" platformasında bir milyard baxış həddini keçib. Oxu.Az xəbər verir ki, bu barədə "Billboard" nəşri məlumat yayıb. Bununla da "Queen" qrupu ilk dəfə "YouTube"un "Bir Milyard Baxış Klubu"na daxil olub. "Don't Stop Me Now" qrupun ən məşhur mahnılarından biridir. Mahnı ilk dəfə 1978-ci ildə işıq üzü görən "Jazz" albomunda yer alıb. Həmin dövrdə o, Böyük Britaniyanın musiqi hit-paradında doqquzuncu pilləyə yüksəlib. Sonrakı illərdə mahnı bir çox film və reklam çarxlarında istifadə olunub. 2018-ci ildə "Queen" qrupunun yaradıcılığı və onun əfsanəvi solisti Freddi Merkuriyə həsr olunmuş "Bohem Rapsodiyası" ("Bohemian Rhapsody") filminin nümayişindən sonra isə mahnının populyarlığı yenidən əhəmiyyətli dərəcədə artıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər