Şou biznes

Türkiyəli aktyor Kerem Bürsin prokurorluğa çağırıldı

30 Jul 2026, 18:36 3 baxış
Türkiyəli aktyor Kerem Bürsin prokurorluğa çağırıldı
"Sən çal qapımı" serialında canlandırdığı Serkan Bolat obrazı ilə tanınan türkiyəli aktyor Kerem Bürsin "Ahbap" xeyriyyə təşkilatı ilə bağlı aparılan istintaq çərçivəsində ifadə vermək üçün prokurorluğa çağırılıb. Oxu.Az xəbər verir ki, bu barədə "Demirören Haber Ajansı" (DHA) məlumat yayıb. Məlumata görə, Kerem Bürsinlə yanaşı, aktrisalar Berna Laçin, Eda Ece, Farah Zeynep Abdullah və İrem Helvacıoğlunun da ifadə verməsi planlaşdırılır. Türkiyə mediasının yazdığına görə, aktyorların saxlanılması və ya onlara hər hansı ittiham irəli sürülməsi ilə bağlı məlumat yoxdur. "Halk TV"nin yaydığı məlumata əsasən, beş aktyorun prokurorluğa çağırılmasının rəsmi səbəbi hələ açıqlanmayıb. İddialara görə, prokurorun sualları onların "Ahbap" fondunun xeyriyyə kampaniyaları, sosial şəbəkələrdəki paylaşımları və təşkilatla bağlı digər fəaliyyətləri ilə əlaqədar ola bilər. Qeyd olunur ki, 2023-cü ilin fevralında Türkiyədə baş verən dağıdıcı zəlzələlərdən sonra Kerem Bürsin beynəlxalq ictimaiyyətə müraciət edərək zərərçəkənlərə dəstək göstərməyə çağırmışdı. Aktyor ingilis dilində paylaşdığı video müraciətdə "Ahbap" fondunun ianə rekvizitlərini də yayımlamışdı. Türkiyə KİV-inin məlumatına görə, Kerem Bürsin özü də "Ahbap" fonduna 200 min türk lirəsi ianə edib. Onun paylaşımı müxtəlif ölkələrdən olan istifadəçilər və tanınmış simalar tərəfindən geniş dəstək qazanıb. Anadolu Agentliyinin məlumatına görə, işlə əlaqədar olaraq "Ahbap"ın qurucusu, musiqiçi Haluk Levent də daxil olmaqla 28 nəfər həbs edilib.
Mənbə oxu.az

Oxşar Xəbərlər