Şou biznes

BTS qrupundan pərəstişkarlarını təəccübləndirən qərar

30 Jul 2026, 06:32 4 baxış
BTS qrupundan pərəstişkarlarını təəccübləndirən qərar
Cənubi Koreyanın məşhur BTS qrupu 2027-ci ildə keçiriləcək 69-cu "Qremmi" mükafatlandırma mərasimində iştirak etməyəcəyini açıqlayıb. Oxu.Az xəbər verir ki, bu barədə qrupun bütün üzvləri öz "Instagram" hesablarında paylaşım ediblər. Qərarın səbəbi kimi "Qremmi" mükafatında Asiya ölkələri üçün ayrıca nominasiyanın yaradılması göstərilir. "Biz istəyirik ki, musiqimiz regionlara və ya dillərə görə bölünməsin, olduğu kimi dinlənilsin və sevilsin", - deyə qrup üzvlərinin paylaşımında bildirilib. Xatırladaq ki, iyun ayında "Qremmi" mükafatının təşkilatçısı olan Milli Səsyazma İncəsənəti və Elmləri Akademiyası (NARAS) yeni - "Ən yaxşı Asiya pop-musiqisi ifası" nominasiyasının təsis edildiyini açıqlayıb. Yeni kateqoriyada yalnız Koreya, Yaponiya və Çindən olan pop ifaçıları, yəni K-pop, J-pop və C-pop nümayəndələri mübarizə apara biləcəklər. BBC-nin məlumatına görə, BTS-in "Arirang" albomu ilin ən çox satılan albomu olduqdan sonra qrupun "İlin albomu" da daxil olmaqla əsas nominasiyalarda mübarizə aparacağı gözlənilirdi. ABŞ çartlarında birinci pilləyə yüksələn albomun "Swim" mahnısının isə "İlin mahnısı" nominasiyasında namizəd olacağı proqnozlaşdırılırdı.
Mənbə oxu.az

Oxşar Xəbərlər