Kriminal

Havay adalarında Kilauea vulkanı püskürür - VİDEO

29 Jul 2026, 14:52 21 baxış
Havay adalarında Kilauea vulkanı püskürür - VİDEO
Havay adalarında Halemaumau kraterində Kilauea vulkanında püskürmə başlayıb. Oxu.Az-ın məlumatına görə, bu barədə ABŞ Geoloji Xidməti (USGS) məlumat yayıb.

"Halemaumau kraterində Kilauea vulkanının zirvəsində davam edən püskürmənin 52-ci epizodu çərçivəsində ilkin zəif aktivlik Havay vaxtı ilə səhər saat 10:22 radələrində başlayıb", - deyə qurumun məlumatında bildirilir. Seysmoloqlar qeyd edirlər ki, püskürmənin başlaması ilə onlar aviasiya üçün təhlükə səviyyəsini sarıdan narıncıya qaldırıblar.
Mənbə oxu.az

Oxşar Xəbərlər