Kriminal
Göygöldə piyadanı vuran "Niva" dərəyə yuvarlandı: Yaralılar var
Göygöldə yol-nəqliyyat hadisəsi baş verib. Oxu.Az APA-ya istinadən xəbər verir ki, hadisə-Gəncə-Göygöl-Hacıkənd-Toğanalı-Kəlbəcər avtomobil yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb. Qarşısına çıxan piyadanı vuran "Niva" markalı minik avtomobili idarəetmədən çıxaraq dərəyə aşıb. Nəticədə piyada və maşında olan iki nəfər xəstəxanaya yerləşdiriliblər.
Mənbə
oxu.az