Şou biznes
Beş milyon baxışı olan mahnı "YouTube"dan silindi: Bəstəkardan Vasif Məhərrəmli və Vəfa Şərifovaya ağır zərbə
Əməkdar artist Vasif Məhərrəmli ilə Vəfa Şərifovanın ifa etdiyi və beş milyon baxışı olan "Nazlanma, qəmzələrin oxdur" mahnısı "YouTube" platformasından silinib. Oxu.Az "Qaynarinfo"ya istinadla xəbər verir ki, mahnı bəstəkar Mənsur Səssizin şikayəti əsasında silinib. Bəstəkar açıqlamasında məlumatı təsdiqləyib. Onun sözlərinə görə, bu addımının səbəbi Vasif Məhərrəmli ilə Vəfa Şərifovanın müəllif hüquqlarını pozması ilə əlaqədardır: "Bu mahnı "Eşqin 7 şəhəri" operasından götürülüb. Əsəri onlardan əvvəl mənimlə Xalq artisti Gülyanaq Məmmədova ifa edib. Onlar mahnımı oğurlayıblar və sonra icazəsiz oxuyublar. Mahnının sözlərini dəyişiblər, ayaq altına salıblar. Qoyduğum tələblərin heç birinə əməl etmədiklərindən "YouTube"da beş milyonluq baxış sayı olan mahnını sildirdim. Sonra onlar mahnını ikinci dəfə "YouTube"a yerləşdirdilər. 90 min baxış yığdı. Mən bu dəfə mahnının səsini aldırdım. Sabah da ümumiyyətlə sildirəcəyəm".
Mənbə
oxu.az
Oxşar Xəbərlər