Şou biznes
Nolanın "Odisseya"sı Yunanıstanda yüksək qiymətləndirildi
Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis rejissor Kristofer Nolan ilə onun yeni "Odisseya" filmi barədə müzakirə aparıb. Oxu.Az xəbər verir ki, bu barədə "Euronews" məlumat yayıb. Tərəflər videobağlantı vasitəsilə Homerin eyniadlı əsəri əsasında çəkilən filmi müzakirə ediblər. Mitsotakis Nolanı "Qədim Yunanıstana bütün dünyanın marağını yenidən oyatmağa verdiyi töhfəyə" görə təşəkkür edib. O bildirib ki, filmin əhəmiyyətli hissəsi məhz Yunanıstan ərazisində lentə alınıb. Xatırladaq ki, daha əvvəl İlon Mask Kristofer Nolanın "Odisseya"sına cavab olaraq "əsl Odisseya" yaradacağını açıqlamışdı. Sahibkarın sözlərinə görə, o, ilin sonunadək süni intellektdən istifadə etməklə hazırladığı öz versiyasını təqdim edəcək.
Mənbə
oxu.az
Oxşar Xəbərlər