Kriminal
Azərbaycanın Gürcüstandakı ilk səfiri vəfat edib
Neftçi alim, diplomat və şair Hacan Hacısoy vəfat edib. Oxu.Az xəbər verir ki, bu barədə onun oğlu məlumat yayıb. Bildirilib ki, o, uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib. Qeyd edək ki, H.Hacısoy 1996-2004-cü illərdə Azərbaycanın Gürcüstandakı ilk fövqəladə və səlahiyyətli səfiri vəzifəsində çalışıb. Son illərdə isə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) elmi-pedaqoji fəaliyyətini davam etdirirdi. Onun elmi, ədəbi və diplomatik fəaliyyəti ilə bağlı çoxsaylı kitabları nəşr olunub.
Mənbə
oxu.az