Kriminal

Mərdəkanda dənizdə iki nəfər batdı, biri çıxarıldı, digəri axtarılır

28 Jul 2026, 21:48 2 baxış
Mərdəkanda dənizdə iki nəfər batdı, biri çıxarıldı, digəri axtarılır
Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində ən yaxın sularda xilasetmə məntəqəsindən 700 metr aralı, dənizdə nəzarətsiz ərazidə 2 nəfər batıb. Oxu.Az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar. Həyata keçirilən operativ xilasetmə əməliyyatı sayəsində vətəndaş - 2009-cu il təvəllüdlü Rahil Tarıyel oğlu Ağazadə xilas edilib. Hazırda suda batdığı ehtimal olunan digər vətəndaş - 2009-cu il təvəllüdlü Nurlan Mövlud oğlu İsmayılzadənin batdığı ehtimal edilən istiqamətlərdə axtarışları davam etdirilir.
Mənbə oxu.az

Oxşar Xəbərlər