Kriminal
Goranboyda maşın arakəsməyə çırpılıb: Xəsarət alanlar var - FOTO
Goranboyda yol-nəqliyyat hadisəsi baş verib. Oxu.Az APA-ya istinadla xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb. "Chevrolet" markalı minik maşını idarəetmədən çıxaraq yol kənarındakı dəmir arakəsməyə çırpılıb. Qəza zamanı 1966-cı il təvəllüdlü Yusif Əşrəfov və 1966-cı il təvəllüdlü C.Quliyeva xəsarət alıblar. Yaralılar xəstəxanaya yerləşdiriliblər. Məlumata görə, qəzaya düşən avtomobilin sürücüsü 44 günlük Vətən müharibəsinin şəhidi Məhəmməd Əşrəfovun atasıdır.
{{gallery}}
{{gallery}}
Mənbə
oxu.az