Kriminal

İrandan Azərbaycana narkotik qaçaqmalçılığının qarşısı alınıb - FOTO

28 Jul 2026, 13:12 20 baxış
İrandan Azərbaycana narkotik qaçaqmalçılığının qarşısı alınıb - FOTO
Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, qaçaqmalçılıq və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri çərçivəsində 7 kiloqram 698 qram narkotik vasitə və 790 ədəd narkotik tərkibli həbin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb. Oxu.Az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidməti məlumat yayıb. Bildirilib ki, keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Göytəpə" sərhəd dəstəsinin xidməti ərazisində 7 kiloqram 368 qram, "Horadiz" sərhəd dəstəsinin xidməti ərazisində isə 330 qram narotik vasitə marixuana və 790 ədəd psixotrop tərkibli "Metadon M-40" həbi aşkar olunaraq qanunsuz dövriyyədən çıxarılmışdır. Faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.
İrandan Azərbaycana narkotik qaçaqmalçılığının qarşısı alınıb - FOTO İrandan Azərbaycana narkotik qaçaqmalçılığının qarşısı alınıb - FOTO
Mənbə oxu.az

Oxşar Xəbərlər