Kriminal

Biləsuvarda sürücü infarkt keçirdi, maşın kanala aşdı

28 Jul 2026, 09:52 16 baxış
Biləsuvarda sürücü infarkt keçirdi, maşın kanala aşdı
Biləsuvar rayonunda yol-nəqliyyat hadisəsi baş verib. Oxu.Az-ın əldə etdiyi məlumata görə, hadisə Aşağı Cürəli kəndində əkin sahələrinə gedən torpaq yolda baş verib. "Niva" markalı avtomobilin sürücüsü, 1960-cı il təvəllüdlü Əlizadə Əliyev sükan arxasında infarkt keçirib. Bundan sonra avtomobil yol kənarındakı kanala düşüb. Sürücü həyatını itirib. Əlizadə Əliyev rayon ərazisində fəaliyyət göstərən pambıq şirkətlərinin birində aqronom kimi çalışırmış. Faktla bağlı araşdırma aparılır.
Mənbə oxu.az

Oxşar Xəbərlər